“Toyumuza MaşAllah” Sözləri
Bəyimizə MaşAllah toyumuza maşAllah
Gəlin gəlir bu gün evimizə maşAllah
Çin oldu arzular diləklər
Sevindi göylərdə mələklər
Qismət oldu bu gün qovuşdu
İki aşiq sevən ürəklər
Bəyimizə MaşAllah toyumuza maşAllah
Gəlin gəlir bu gün evimizə maşAllah
Məclisə başqa bir bəzəkdir
Ata ananın xeyir duası
Gəlsin hər evdən hər ocaqdan
Toyun ziyafətin sədası
Bəyimizə MaşAllah toyumuza maşAllah
Gəlin gəlir bu gün evimizə maşAllah